BANK

22 Fevral

PAŞA Bank ABA tərəfindən bir neçə nüfuzlu mükafata layiq görülüb

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən müsabiqə çərçivəsində bir neçə nüfuzlu mükafata layiq görülüb.

Belə ki, bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə zamanı maliyyə institutlarının 2019-2020-ci illərdə əldə etdiyi nəticələr qiymətləndirilib. Müsabiqə nəticələri 19 fevral 2021-ci ildə ABA-nın onlayn formatda keçirilən Ümumi Yığıncağında elan olunub.