BANK

22 Fevral

Bu ölkədə devalvasiya qərarı verildi

Sudan Mərkəzi Bankı bazar günü devalvasiyaya gedərək rəsmi məzənnəni "qara bazar"dakı məzənnəyə bərabərləşdirib.

Fins.az  xəbər verir ki, milli valyuta Sudan poundunun dəyəri dövlətin borcunun təxirə salınmasına müraciət etmək üçün aşağı salınıb.

Edilən dəyişiklik Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən tələb edilmişdi, lakin ölkədəki mal qıtlığı və sürətlə artan inflyasiya ilə əlaqədar olaraq plan bir neçə ay gecikmişdir.

Mərkəzi Bank dolların qiymətini 55 pounddan 375 pounda qaldırıb. "Qara bazar"da bir ABŞ dolları 350-400 Sudan poundu ətrafında satılırdı.

Banklara göndərilən məlumatda, Mərkəzi Bankın gündəlik olaraq bir nisbət (məzənnə) təyin edəcəyi və idarə olunan dalğalı məzənnə rejimi tətbiq ediləcəyi bildirilib. Banklar təyin olunan nisbətdən 5%-ədək yuxarı ya da aşağı qiymətlərdən valyuta alıb-sata biləcək.