Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings", Türkiyənin kredit reytinqini "BB-" olaraq təsdiq edib, proqnozunu isə "mənfi"dən "sabit"ə dəyişib.
"Sabit" qiyməti proqnozun "müsbət"ə dəyişdiriləcəyi ehtimalını gücləndirir.
"Fitch Ratings", ötən ilin 21 Fevral tarixində Türkiyənin "BB-" olan kredit reytinqində dəyişikliyə getməmiş, 22 Avqustdakı ikinci qiymətləndirməsində "sabit" proqnozu "mənfi"yə dəyişmişdi.