BANK

19 Fevral

Maliyyə sektorunda istifadəçi təcrübəsinin necə dəyişməsi ilə bağlı müzakirə

Məlum olduğu kimi, Azərbaycan Banklar Asossiasiyası  tərəfindən  bank əməkdaşları üçün xarici ekspertlərin iştirakı ilə davamlı olaraq vebinarlar təşkil edilir.

18 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Asossiasiyası tərəfindən “USABILITYLAB” şirkəti ilə birgə Azərbaycan bankları üçün “İstifadəçi Təcrübəsi” (UX) mövzusunda  bu tədbirlərin davamı olaraq növbəti vebinar keçirilib.

Vebinarda maliyyə sektorunda istifadəçi təcrübəsinin necə dəyişdiyi müzakirə edilmiş, bu istiqamətdə araşdırma nəticələri bölüşdürülmüş və  mövzu ətrafında  suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür