BANK

19 Fevral

Azərbaycanda hüquqi şəxlərin əmanətləri üzrə dollarlaşma 58,1%-dək azalıb

2020-ci ilin sonuna Azərbaycanda hüquqi şəxslərin xarici valyutada yerləşdirilən əmanətləri hüquqi şəxslərin depozitlərinin ümumi portfelinin 58,1%-ni təşkil edib.

Bu barədə fins.az-a Mərkəzi Bankdan məlumat verilib.

“2020-ci ilin sonuna hüquqi şəxslərin depozit portefli üzrə dollarlaşma 2019-cu ilin sonuna 65,6%-ə qarşı 58,1% təşkil edib”, - AMB-dən qeyd ediblər.

Beləliklə, 2020-ci il ərzində Azərbaycanda hüquqi şəxslərin əmanətləri üzrə dollarlaşma 7,5 faiz bəndi azalıb.

Mərkəzi Bankdan verilən məlumata görə, 2020-ci ildə fiziki şəxslərin əmanətləri üzrə dollarlaşa 52,2%-dən 50,8%-dək azalıb.

2020-ci il dekabrın 31-nə Azərbaycanda banklarda əmanətlərin və depozitlərin həcmi 23 milyard 666,9 milyon manat təşkiul edib, bu da 2019-cu ilin sonuna olan göstəricidən 4,4% azdır. Həmçinin, fiziki şəxslərin əmanətləri 8 milayrd 177,9 milyon manat həcmində qiymətləndirilir.