BANK

16 Fevral

İpoteka krediti ilə həyət evi demək olar ki, almırlar

Bu il yanvarın 1-nə qədər Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi hesabına alınmış daşınmaz əmlakların 93 %-ni mənzillər, 7 %-ni isə fərdi evlər (həyət evləri) təşkil edib.

Fins.az xəbər verir ki, bundan başqa, Fond bəyan edib ki, ötən ilin sonuna qədər kreditlə alınmış 31 472 əmlakın 11 597-si, yaxud 36,8 %-i sahəsi 40-60 kvm arasında dəyişən evlərdir.

Qalan 19 875 əmlakdan 2 329-nun və yaxud 7,4 %-nin sahəsi 40 kvm-ə qədər, 9 163-nün və yaxud 29,1 %-nin sahəsi 60-80 kvm arasında, 4 310-nun və yaxud 13,7 %-nin sahəsi 80-100 kvm arasında, 1 747-nin və yaxud 5,6 %-nin sahəsi 100-120 kvm arasında, 2 326-nın və yaxud 7,4 %-nin sahəsi isə 120 kvm-dən çoxdur.