Dünya Bankı Azərbaycanla yeni əməkdaşlıq strategiyası hazırlamağı planlaşdırır.
Fins.az xəbər verir ki, bildilir ki,hazırda DB müxtəlif diaqnostikaların aparılması üzərində işləyir. Artıq özəl sektorun diaqnostikası və ölkədə iqtisadi vəziyyətin qiymətləndiriməsinə başlanılıb. Bundan sonra Azərbaycanla yeni əməkdaşlıq strategiyasının əsasını təşkil edəcək ölkə üzrə diaqnostikanın aparılması planlaşdırılır.
Azərbaycan və bank arasında qüvvədə olan əməkdaşlıq strategiyası 2020-2025-ci maliyyə illərini əhatə edir.
Bundan başqaa, bankdan qeyd ediblər ki, həmçinin DB Azərbaycanın “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasında iştirak etməyi planlaşdırır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb