BANK

15 Fevral

Azərbaycanda Elektron Kredit Platforması fəaliyyətini dayandırıb

“Elektron Kredit Platforması” 15 fevral 2021-ci il saat 15:00-dan etibarən müvəqqəti fəaliyyət göstərməyəcək.

Fins.az xəbər verir ki, bu barədə Elektron Kredit Platforması sosial şəbəkə hesabında məlumat yayımlayıb.

Məlumata görə fond sahibkarlara müraciət edərək "Nəzərinizə çatdırırıq ki, texniki məsələlər üzündən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun pandemiyadan zərərçəkən sahələrə dəstək üzrə layihəsi olan “Elektron Kredit Platforması” 15 fevral 2021-ci il saat 15:00-dan etibarən müvəqqəti fəaliyyət göstərməyəcək."-deyə bildilir.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda məsələ ilə əlaqədar müvafiq işlər aparılır və ən qısa zamanda problem aradan qaldırılacaqdır