Mərkəzi Bank sanksiyaların tətbiq olunacağı halda rubl üçün yarana biləcək təhlükələrin qarşısını almaq üçün kəskin addımlar atacağına və rublu dəstəkləyəcəyinə dair bir mesaj verdi.
Fins.az xəbər verir ki, bunu "Unicapital" İnvestisiya Şirkətinin mütəxəssisləri maliyyə bazarlarının həftəlik təhlilində bildiriblər
Məlumta görə, təhlildə"Rusiya Mərkəzi Bankı, gözlənildiyi kimi, uçot faiz dərəcəsini 4,25% olaraq saxladı. Mərkəzi Bank hadisələrin baza senari üzrə davam edəcəyi təqdirdə neytral pul siyasətinə qayıdacağını qeyd etdi. Qeyd olundu ki, bu ilin sonunadək inflyasiya illik əsasda artacaq. Bununla bağlı olaraq, inflyasiya gözləntiləri 3,7%-dən 4,2%-dək qaldırıldı. Yanvar ayında inflyasiyanın kəskin 5,2% artmasından sonra növbəti aylarda illik inflyasiyanın tədricən azalacağının gözlənildiyi qeyd olundu."-deyə bildirilib.
Həmçinin investisiya şikətininmütəxəsisləri "Rusiyaya qarşı Avropadan yeni sanksiyalarla bağlı səslənmiş bəyanatları nəzərə alaraq, Mərkəzi Bank sanksiyaların tətbiq olunacağı halda rubl üçün yarana biləcək təhlükələrin qarşısını almaq üçün kəskin addımlar atacağına və rublu dəstəkləyəcəyinə dair bir mesaj verdi"-deyə qeyd ediblər.
Müəllif:Aynur Qəniyeva