BANK

11 Fevral

Əsas Kapitalda bank kreditlərinin məbləği AÇIQLANIB

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində bank kreditləri  118,012,000 manatını faiz ifadəsində 16,3%-ni təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, əhalinin şəxsi vəsaitləri 8,5 %, büdcə vəsaitləri 2,7 %, sair vəsaitlər isə 0,8% təşkil edib. 

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5 % az vəsait yönəldilib.

Müəliif:Aynur Qəniyeva