Bitcoin-dəki uzunmüddətli hədəflərinin əvvəl 146 min dollar olduğunu bəyan edən JPMorgan, dünyanın ən varlı adamı Elon Musk-ın şirkəti olan Tesla-nın 1,5 milyard dollarlıq Bitcoin sərmayəsindən sonra yeni bir analiz yayımlayıb.
Fins.az xəbər verir ki, agentlik, digər şirkətlərin Bitcoin-də Tesla-nı izləyəcəyini proqnozlaşdırmanın səhv ola biləcəyinə diqqət çəkib.
Teslanın 1,5 milyard dollarlıq Bitcoin sərmayəsinin reaksiyaları qlobal maliyyə bazarlarında davam edir.
Daha əvvəl Bitcoin-dəki uzunmüddətli hədəflərinin 146 min dollar olduğunu bildirən JPMorgan strateqləri, hazırladıqları yeni açıqlamada Tesla sərmayəsindən sonra Bitcoin-in şirkətin balans hesabına daxil olması ilə bağlı gözləntiləri analiz etdiblər
Nikolaos Panigirtzoglou da daxil olmaqla strateqlər, digər şirkətlərin Teslanın Bitcoin-i balansına əlavə etmək qərarını izləməsini gözləməmələrini ifadə edib. Açıqlamada, "Təşkilati portfellərə ümumiyyətlə bank depozitləri, pul bazarı fondları və qısamüddətli istiqrazlar daxildir. Bu, illik dəyişkənliyin 1 % ətrafında dəyişməsi deməkdir. Portfeldəki 1% Bitcoin ciddi dalğalanma mənbəyi ola bilər."
Qurumun strateqləri, Tesla-nın investisiya qərarından sonra qiymət hərəkətlərini qiymətləndirib. Buna görə, Bitcoin-də Tesla ilə başlayan dalğanın daha az spekulyativ institusional girişdən asılı olacağı ifadə edilib.
Tesla-nın Bitcoin-ə 1,5 milyard dollar sərmayə qoymasından sonra Bitcoin 48.000 dolları keçərək yeni bir rekord səviyyəyə çatıb.
Müəllif: Aynur Qəniyeva