ABŞ Maliyyə Nazirliyi maliyyə sektorunun yeni siyasətinə dair dəyirmi masa keçirib.
Fins.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Janet Yellen, kriptovalyutalar və virtual aktivlərin sui-istifadəsinin getdikcə böyüyən problem olduğunu ifadə edərək, "məsuliyyətli yeniliyə" ehtiyac olduğunu bildirib.
Xəzinə Nazirliyindən verilən açıqlamada, iclasın özəl sektorun siyasətçiləri, tənzimləyiciləri və mütəxəssisləri tərəfindən bir araya gətirildiyi və Amerika maliyyə sisteminin bütövlüyünü qorumaq üçün texnologiya həll yolları üzərində qurulduğu ifadə edilib.
- "Risk partlayışının ortasındayıq"
İclasın açılışındakı çıxışında Maliyyə Naziri Yellen, saxtakarlıq, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və məlumatların məxfiliyi ilə əlaqəli risklərin çoxaldığı bir dövrdə olduğumuza diqqət çəkib.
Koronavirus pandemiyasının həyatın böyük bir hissəsini onlayna daşıdığına işarə edən Yellen, cinayətlərin bununla da əlaqəli olduğunu qeyd edib.
Yellen, cəmiyyəti yaşadan qurumları hədəf alan getdikcə daha mürəkkəb kiberhücumların şahidi olduğunu ifadə edərək, "Kriptovalyutalar və virtual aktivlərdən sui-istifadə artan problemdir." -deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva