Azərbaycanda fəaliyyətinə lisenziya verilən 26 bankının 23-ü 2020-ci ili mənfəətlə başa vurub. Bank sektoru üzrə 2020-ci ildə əldə edilmiş mənfəətin ümumi həcmi 616 milyon manat təşkil edib
Fins.az xəbər verir ki, bank sektorunun ümumi mənfəətinin 555 milyon manatı 5 banka aiddir: “Kapital Bank”, “Paşa Bank”, “Xalq Bank”, Beynəlxalq Bank və “Bank of Baku”.
Qeyd edək ki, bank sektorunda 49 milyon manata yaxın zərər yaranıb.
Müəllif:Aynur Qəniyeva