Məşhur investor Stanley Druckenmiller, dollarda Asiya valyutalarına qarşı ucuz mövqe tutduğunu açıqlayıb.
Fins.az xəbər verir ki, pandemiya dövründəki siyasət fərqləri, Druckenmiller-in dolların mövqe qərarının əsasını təşkil edib.
Duquesne Family Office MMC-nin qurucusu Stanley Druckenmiller, Asiya valyutalarına qarşı dollarla "çox, çox qısa" bir mövqeyə sahib olduğunu açıqlayıb.
Goldman Sachs ilə danışan məşhur investorun dediyinə görə Asiyanın koronavirusa nəzarətdəki müvəffəqiyyəti pul siyasəti təşviqlərində daha mühafizəkar olmasına imkan verir, ABŞ mərkəzi bankı Fed isə böyük təşviqçi addımlar atmalıdır. Pandemiya prosesi dövründəki bu siyasət fərqləri, Druckenmiller-in dollarla bağlı mövqe qərarının əsasını təşkil edir.
ABŞ-dakı hökumət kəsirlərinin əvvəlki 5 tənəzzülün birləşdirildiyindən daha irihəcmli olduğuna diqqət çəkən Druckenmiller, Powell rəhbərliyindəki Fed-in son 6 həftədə Ben Bernanke və Janet Yellen dövründə 10 ildən daha çox istiqraz satın aldığına diqqət cəlb edib.
Müəllif: Aynur Qəniyeva