09 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Fins.az xəbər verir ki, hərracda tələb 57,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 04 fevral 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 60,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Müəllif: Aynur Qəniyeva