BANK

09 Fevral

Sahibkarlığın İnkişafı Fondu 130 milyon manat məbləğində güzəştli kredit verməyi planlaşdırır- RƏHBƏR AÇIQLAYIR

2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu 130 milyon manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

Bu gün keçirdiyi mətbuat konfransında o bildirib ki, ötən il ərzində Fond tərəfindən sahibkarlara 127 milyon manat məbləğində güzəştli kreditlər verilib. Cari il isə bu məbləği 130 milyon manatadək artırmağı planlaşdırırıq.

Kənan Nəcəfov qeyd edib ki, ötən il verilən kreditlər 908 layihənin reallaşdırılmasına yönəldilib, həmin layihələrə sərmayələr 397 milyon manat həcmində qiymətləndirilir.

Fond rəhbəri "Bu layihələrin reallaşdırılması 2,7 midən artıq yeni iş yeri açmağa imkan yaradacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ildə verilən kreditlərin ümumi sayından 37,3%-i sənayesi məsullarının istehsalı və emalı, 44,5%-i aqrar məhsulların istehsalı, 12,5%-i – aqrar məhsulların emalına yönəldilib. Qalan kreditlər xidmətlər, turizm, səhiyyə və s. kimi sahələrə verilib. Kreditlərin təxminən 80%-i Azərbaycanın regionları, qalanı – Bakının qəsəbələrinin payına düşüb”-deyə qeyd edib.