BANK

09 Fevral

Fond rəhbəri: Bu riskini biz 4%-lə ödəyirik, bizə qalan 1%-dir

"Bu riskini biz 4%-lə ödəyirik, bizə qalan 1%-dir". Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.

O kreditlərin qaytarılması ilə bağlı risk və problemlərdən danışaraq bildirib ki, biz elə bir sistem qurduq ki, biz kreditləri banklar vasitəsi ilə veririk. Banklar həmin vəsaiti sonra bizə qaytarır. Bizim alacağımız banklardan və digər müvəkkil kredit təşkilatlardandır.

Kənan Nəcəfov riskləri açıqlayaraq "Heç bir azalma gecikmə biz görmürük. Banklar öz üzərinə bu riski götürür biz verdiyimiz 5%-ə baxılsa bunun 4%-i banklara gedir. Bu riskini biz 4%-lə ödəyirik, bizə qalan 1%-dir. Biz daimi olaraq Mərkəzi Bankdan banklarala bağlı statistik məlumatları alırırıq"-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva