05 Fevral 2021-ci il tarixində "FNC Bank Olmayan Kredit Təşkilatı" MMC dövlət qeydiyyatına alınıb.
Fins.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 300 min manat niamanmə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Cavid Əzimovdur.
FNC BOKT-ın hüquqi ünvanı Sumqayıt şəhərindədir.
Bank olmayan kredit təşkilatı (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. Hazırda lisenziya əsasında 49 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.