BANK

09 Fevral

Avropa Mərkəzi Bankının rəhbəri Laqard: Bitcoin pul deyil, yeni tənzimləmə planlaşdırırıq

 Avropa Mərkəzi Bankının (ECB)  rəhbəri Kristin Laqard Bitcoin kimi kripto valyutalar üçün yeni tənzimləmə düşündüklərini bildirib.

Fins.az xəbər verir ki, Laqard son vaxtlar çox tələb artan Bitcoin haqqında "Kripto aktivləri valyuta deyil. Çox spekulyativ aktivlərdir" deyə qeyd edib.

Bununla yanaşı bəzi kripto aktivlərinin “pula bənzədiyini” vurğulayan Lagarde, "Əgər özəl sektor pulla əlaqəli fəaliyyət göstərirsə, digər valyutalarla eyni qaydalara və eyni nəzarət mexanizmlərinə tabe olmalıdır" deyə qeyd edib. 

Lagarde, Bitcoin-in heç bir problem yaratmadığını vurğulayaraq, "Lazım olan şey, istehlakçıların heç vaxt qarət edilməməsi və aldıqları riskin təbiəti haqqında tam məlumatlandırılmasıdır. Bir Bitcoin alsalar, bilməlidirlər ki, bitkoin spekulyativ bir aktivdir.”
Lagarde bu cür kriptovalyutaların Darkweb kimi yerlərdə qanunsuz fəaliyyətlər üçün istifadə edildiyini də xatırladıb.
Avropa Mərkəzi Bankı, Bitcoin qarşı rəqəmsal avro üzərində işə başlayır
Son illərdə artan kriptovalyuta bumuna qarşı Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsini elan edib.

Avro Bölgəsindəki insanların kripto valyutalarını sıx bir şəkildə istifadə etməsi və bankın əlindən uzaqlaşma riski var, bu da Avropa Mərkəzi Bankının pul siyasətinin təsirini azaldır.