BANK

08 Fevral

Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür

Uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür.

Fins.az xəbər verir ki, bu barədə Unicapital investisiya şirkətinin həftəlik proqnozlarında məlumat verilib .

Bildirilir ki, Mərkəzi Bank sonuncu görüşü zamanı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri fonunda öz inflyasiya gözləntilərini bu ilin sonuna 4% olaraq proqnozlaşdırır.

Bildirilir ki, bu isə Mərkəzi Bankın hədəflədiyi səviyyədir. Bir sözlə, artacaq inflyasiya gözləntiləri fonunda uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür. Növbəti görüş mart ayında olacaq. Mərkəzi Bank bu müddət ərzində inflyasiya və digər qlobal, regional və iqtisadi amillərin necə dəyişəcəyini izləyərək martda qərar verəcək.

Müəllif: Aynur Qəniyeva