BANK

08 Fevral

İsrailin Mərkəzi Bankı rekord miqdarda xarici valyuta alıb

İsrail Mərkəzi Bankının yanvar ayında şekelin bahalaşmasının qarşısını almaq üçün 6,8 milyard dollar xarici valyuta satın alındıqdan sonra yanvar ayının sonunda 179.5 milyard dollarlıq yeni zirvəyə çatıb.

Fins.az xəbər verir ki, satınalmalardan sonra valyuta bu gün dollar qarşısında 0,1% azalaraq 3.2920 səviyyəsində ticarət olunub.

Məlumata görə, bank, 2021-ci ildə 30 milyard dollar xarici valyuta almaq istədiyini açıqlayıb. İsrail MB prezidenti Amir Yaron dünən 30 milyard dollarlıq proqramın iqtisadiyyat və bazar şərtləri tələb edərsə daha da genişlənə biləcəyini deyib.

Bankın valyuta ehtiyatları keçən il təxminən 40% artıb. Son bir neçə ildə ən yaxşı işləyən valyutalardan biri olan şekel, yanvar ayında dollar qarşısında  2%-dən çox itirib.

Müəllif: Aynur Qəniyeva