BANK

08 Fevral

Avropa Mərkəzi Bankının rəhbərindən xəbərdarlıq

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard, siyasətçilərin, iqtisadiyyatın kifayət qədər bərpa ediləcəyi təqdirdə pul və maliyyə dəstəyinin geri çəkiləcəyinə dair zəmanət verməli olduqlarını bildirib. 

Fins.az xəbər verir ki, Laqard "Təbii ki, təşviqdən çıxmalıyıq, amma yumşaq olmalıdır".
"İqtisadiyyat kifayət qədər bərpa olunarsa, siyasətçilər pul və maliyyə dəstəyinin tədricən geri çəkilməsini təmin etməlidirlər" deyə Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bildirib.

Laqard, Fransadakı BFM televiziyasına "Özəl sektora təklif edilən maliyyə şərtləri əvvəllər heç vaxt daha cəlbedici və ucuz olmamışdı. Böhran davam etdiyi müddətdə belə saxlamalıyıq"-deyə özəl sektora dəstəyin önəmini vurğulayıb. 

"Pandemiya sona çatanda və iqtisadiyyatlar inkişafa başlayanda maliyyə və pul dəstəyini birdən dayandırmamalıyıq" deyə qeyd edib. Lagarde, təşviqdən çıxmağın lazım olacağını, ancaq bunun yumşaq bir çıxış yolu olduğunu bildirib. 

AMB son iclasında, aktiv satın alma proqramının ayda 20 milyard avro ilə davam edəcəyini, pandemiyada aktiv satın alma proqramını isə 1,85 trilyon avro səviyyəsində saxladığını bildirib.

Dekabr ayında 500 milyard avro artırılan Pandemiya Təcili Satınalma Proqramının (PEPP) ən az 2022-ci ilin martına qədər qüvvədə qalacağını bildirən Avropa Mərkəzi Bankı, 2023-cü ilin sonuna qədər vaxtı çatmış PEPP istiqrazlarına investisiya qoymağa davam edəcək.

Müəllif: Aynur Qəniyeva