BANK

08 Fevral

Bağlanan bankların əmanətçilərinə nə qədər vəsait geri qaytarılıb?-MƏBLƏĞ

Fevralın 4-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 341 əmanətçiyə 622 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondundan fins.az-a verilən məlumata görə, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan fevralın 4-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 240,27 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4636 əmanətçiyə 111 milyon manat, "NBC Bank" üzrə isə 4191 əmanətçiyə 129,21 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən fevralın 4-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 382,25 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5779 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,62 milyon manat, "Ata Bank" üzrə 9735 əmanətçiyə isə 242,63 milyon manat təşkil edib.