BANK

05 Fevral

Qonşu ölkədə dollar rekord həddə UCUZLAŞDI

Türkiyə Respublikası Mərkəzi Bankının sərt pul siyasətini davam etdirəcəyinə dair gözləntilərin təsirilə Türk Lirəsi dəyər qazanmaqda davam edir

Fins.az xəbər verir ki, Türk Lirəsi 7 gündür fasiləsiz dollar qarşısında dəyər qazanır, bu, 2019-ciu ilin May ayından bu yana (son 20 ayda) ən uzun bahalaşma trendidir.

Mərkəzi Bankın sədri Naci Ağbalın sərt pul siyasəti istiqamətində verdiyi mesajlar dollar/TL məzənnəsinin geriləməsinə dəstək olub.

Qlobal investisiya banklarından biri olan "Societe General" dollar/TL məzənnəsinin 6,5 səviyyəsinə geriləyəcəyini gözləyir.  

Bakı vaxtı ilə saat 12:55-də dollar/TL məzənnəsi 07.07 səviyyələrində olub. Bu gün Türk Lirəsi Dollar qarşısında 1%-ə yaxın dəyər qazanıb.