BANK

05 Fevral

Eximbank bu il ixraca dəstəyi 11% artırmağı hədəfləyir

Ticarət Naziri Pekcan, "Eximbank tərəfindən dəstəklənən ixracat şirkətlərinin sayı 2019-cu ilə nisbətən 2020-ci ildə 4%-dən çox artaraq 13 min 102-yə çatıb. Bu il Eximbank-daki hədəfimiz ixracat dəstəklərimizi 11% artıraraq 50 milyard dollardan çox etməkdir.
Fins.az xəbər verir ki, Ticarət Nazirliyində keçirilən mətbuat konfransında Ticarət Naziri Ruhsar Pekcan Türk Eximbank-ın 2020-ci il üçün fəaliyyət nəticələrini qiymətləndirib və 2021-ci il üçün hədəfləri və strategiyaları açıqlayıb. 

Məlumata görə Pekcan, qlobal epidemiya şərtlərinin hakim olduğu 2020-ci ili 169,5 milyard dollarlıq ixracatla, proqram hədəfinin üstündə bağlamağı bacardıqlarını ifadə edərək, 2021-ci il üçün 184 milyard dollarlıq bir ixracat hədəfləri olduqlarını bildirib.

İxracatın yüksək əlavə dəyəri olan maliyyələşdirilməsinin ixracatda artımı davamlı hala gətirəcək və iqtisadi böyüməyə təsir edəcək bir ixracat üçün əhəmiyyətli olduğuna diqqət çəkən Pekcan, "Bu şərtlər altında, nazirliyin ixracatdakı dövlət dəstəyi ilə yanaşıTürk Eximbank əsas rol oynayır Ölkəmizin istehsal gücünün ixracata çevrilməsində əsas rol oynayır" deyə qeyd edib. 

Pekcan  2020-ci ildə açıqlanan son məlumatlara görə Türk Eximbank bank sektorunda aktivlərin həcminə görə 9-cu, kredit həcminə görə 8.-ci bank olduğunu ifadə edərək, "Eximbank, ümumi ixrac kreditlərinin  53.9 %-ni təmin edib.deyə bildirib.

Müəllif: Aynur Qəniyeva