İngiltərə Bankı, siyasət faizini 0,1%səviyyəsində dəyişib, aktiv satın alma proqramını isə 875 milyard funt sterlinqdə saxlayıb.
Fins.az xəbər verir ki,İngiltərə Bankı, siyasət faizini 0,1% səviyyəsində dəyişdi, aktiv satın alma proqramını isə 875 milyard funt sterlinqdə saxladı. Mərkəzi bank, korporativ istiqraz alımını 20 milyard funt sterlinq ətrafında davam etdirəcəyini vurğulayıb.
İqtisadi perspektivin hələ də qeyri-müəyyən olduğunu bildirən bank, mövcud pul siyasəti mövqeyinin şərtlərə uyğun olduğunu açıqlayıb.
Mərkəzi bank, İngiltərə iqtisadiyyatının 2021-ci ilin birinci rübündə 4% nisbətində azalacağını gözlədiklərini bildirərək və şərtlər yaxşılaşmadığı təqdirdə pul siyasətini sərtləşdirmək niyyətində olmadığını qeyd edib.
Müəllif:Aynur Qəniyeva