Azərbaycanlı maliyyə mütəxəssisi Morgan Stanley-də rəhbər vəzifəyə təyin olunub.
Fins.az xəbər verir ki, azərbaycanlı maliyyə mütəxəssisi Hüseyn Əliyev nüfuzlu investisiya bankı Morgan Stenley-in Almaniyanın Frankfurt şəhərində yerləşən nümayəndəliyində Likvidliyə nəzarət Direktoru təyin olunub.
Məlumata görə, Huseyn Əliyev daha əvvəl Goldman Sachs-da xəzinə likvidliyi üzrə baş Mütəxəssis vəzifəsində işləyib.
Qeyd edək ki, Morgan Stanley, mərkəzi ABŞ-ın New York şəhərində yerləşən Amerika investisiya bankıdır. 1935-ci ildə ABŞ-ın ikinci böyük bankı olan JP Morgan-dan ayrılaraq qurulub. 1997-ci ildə JPMorgan qrupu, II. İkinci Dünya Müharibəsindən 1980-ci ilə qədər böyüyən qida nəhəngi Sears Holdings Corporation-ın rəhbəri Dean Witter ilə razılaşma nəticəsində ortaya çıxan şirkətin adı Morgan Stanley Dean Witter Co idi. Bu şirkətin adı daha sonra Morgan Stanley olaraq dəyişdirilib.

Müəllif:Aynur Qəniyeva