Coinbase kriptovalyuta birjasının cari ilin yanvar ayında bazar kapitalizasiyası 70 milyard dollara çatdı. Bu göstəriciyə əsasən Coinbase dünyanın ən iri və tanınmış banklarını – Barclays (İngiltərə), Santander (İspaniya), Credit Suisse və UBS (İsveçrə), Deutsche Bank (Almaniya) geridə qoydu. Coinbase 2012-ci ildə ABŞ-da yaradılıb və hazırda 43 milyon istifadəçisi var.
Müəllif: Elnur Quliyev