2020-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 27.9 milyon manat təşkil edib
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.
Məlumata görə “İxrac İcmalı”nda qeyd edilib ki, koronovirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.
Bunun nəticəsində 2020-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 27.9 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-dekabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq əməliyyat aparıb.
Müəllif:Aynur Qəniyeva