BANK

28 Yanvar

"Visa": Azərbaycanda "Apple Pay"in istifadə olunmasına icazənin alınması üçün çalışacağıq

Ödəniş texnologiyası şirkəti olaraq Visa, Apple Pay-ın Azərbaycanda istifadəyə verilməsinə  hər cür şəraitin yaradılması üçün çalışır

Fins.az-ın məlumatına görə, bunu  Visa-nın MDB və Cənub-Şərqi Avropada Strateji Tərəfdaşlıq və Fintech üzrə şöbəsinin müdiri Yevgen Lisnyak "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") tədbirində çıxış edərkən deyib.

O həmçinin bildirib ki, şirkət Azərbaycandakı "Visa" kart sahiblərinə yeni texnoloji üstünlüklər təklif etməyə çalışacaq. 

Bundan əvvəl Visa-nın Qafqaz bölgəsindəki regional meneceri Cristina Doros, şirkətin 2019-cu ilin sentyabr ayında Azərbaycanda başlatdığı Visa Token Service tokenizasiya texnologiyasının Apple və Google-dan ödəniş xidmətlərinin ölkəyə girişinin təməlini qoyduğunu bildirib. 

Bundan əvvəl "Visa"nın Qafqaz, MDB və Cənubi-Şərqi Avropa regionu üzrə baş meneceri Cristina Doros bildirmişdi ki, "Visa" beynəlxalq kart təşkilatı "Apple Pay" və "Google Pay" təmassız ödəniş sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün platforma rolunu oynayacaq.