Azerikard olaraq çox qısa zaman ərzində Visa şirkətinin dəstəyi ilə bazara kifayət qədər maraqlı həll təqdim edəcəyik.
Fins.az xəbər verir ki, bunu "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") "Azərikard”-ın Baş direktoru Fərid Quliyev tədbirində çıxış edərkən deyib.
O bildirib ki, bu mobil tətbiqdir. Hazırda həmim mobil tətbiq üzərində son sazlama işləri aparılır həmin həll vasitəsi ilə istehlakçılar bank xidmətlrindən daha rahat şəkildə istifadə edə bilcəklər. inanıram ki, bu həll də ölkə üzrə nağdsız əməliyyatların sayının artırılmasına əhəmiyyətli tövhə verə biləcək. İlkin versiyanı təqdim etdikdən sonra ilk növbədə Azerikard şəbəkəsində olan banklar mobil tətbiq vasitəsi ilə öz xidmətlərini son istifadəçilərə çatdıra biləcəklər.
Fərid Quliyev eyni zamanda "Burda "Azerikard" şəbəkəsində olan banklardan danışırıq onların da arasında bu xidmətdən ilk növbədə o banklar istifadə edəcək ki, open banking üzrə daha çox inkişafa nail olublar" - deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva