Bildiyimiz kimi son 3 il ərzində Mərkəzi Bank rəqəmsal ödənişlərin genişləndirməsi istiqamətində xüsusi dövlət proqramı həyata keçirmişdir.
Fins.az xəbər verir ki, bu barədə Fintex sammitində Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib.
O bildirib ki, Cari ildə qarşımızda duran əsas məqsəd QR və NFC ödənişlərinin daha da genişləndilməsi və strateji hədəf kimi bu məqsədə çatmaqdan ibarətdir. Eyni zamanda biz dövlət proqramı çərçivəsində xüsusi qanun layihəsi hazırlayıb hökümətə təqdim etmişik. Bu qanun layihəsi bank olmayan ödəniş xidməti təchizatçılarına ödəniş xidməti bazarına daxil olması fəaliyyətlərinin tənzimlənməsi təşkilati struktur məslələrini həll edilməsi üçün hüquqi əsaslar yaratmaqdır. Fintexlərin yeni məhsullar təqdim etmək handbox rejiminin yaradılmasını biz nəzərdə tutmuşuq.
Alim Quliyev eyni zamanda "Qanunun qəbulu ölkədə ödəniş ekosisteminin qəbulu fintexlərin banklarala sıx əməkdaşlıq və azad rəqabət şəraitində fintexlərin ödəniş xidmətlərinin göstərilməsi imkanları daha da genişləndirəcək. Mərkəzi bank olaraq bizim starateji hədəfimiz müasir maliyyə texnologiyalarını və ən son innovasiyaları iqtisadi obyektlərin rahat təhlükəsiz sürətli ödəniş imkanlarının inkişafına yönəltməkdən ibarətdir."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva