2019-cu illə müqayisədə 2020-ci ildə Bank of Baku-nun cəmi aktivləri 28 milyon 469 min manat faiz ifadəsində 6,9% artaraq 409 milyon 563 min manata çatıb. Ötən il müştərilərə verilmiş kreditlər cüzi – 212 min manat azalaraq ilin sonunda 337 milyon 946 min manat təşkil edib
Fins.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki,“Bank of Baku” ASC 2020-ci ili 12 milyon 673 min manat xalis mənfəət ilə başa vurub.
2020-ci il Bank of Baku biznes kreditləri portfelini 13 milyon 16 min manat artıraraq 94 milyon 940 min manata, daşınmaz əmlak kreditləri portfelini isə 4 milyon 538 min manat artıraraq 13 milyon 293 min manata çatdırıb. Bankın istehlak kreditləri portfeli isə 16 milyon 217 min manat azalaraq 229 milyon 713 min manata düşüb.
“Bank of Baku”nun 2019-cu ildə 43 milyon 25 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 53 milyon 602min manat təşkil edib (ötən il 10 milyon 577 min manat artıb). Bankın qeyri-faiz gəlirləri isə 9 milyon 176 min manatdan 9 milyon 398 min manata yüksəlib (ötən il 222 min manat artıb).
2020-ci il ərzində Bank of Bakuda cəmi depozitlər 10 milyon 262 min manat artaraq 193 milyon 485 min manata çatıb, o cümlədən fiziki şəxslərin depozitləri 15 milyon 476 min manat artaraq 171 milyon 531 min manata, hüquqi şəxslərin depozitləri isə 3 milyon 787 min manat artaraq 21 milyon 954 min manata qalxıb.
31 Dekabr 2020-ci il tarixində Bank of Baku 88 milyon 43 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2019-cu il tarixində "Bank of Baku" 54 milyon 224 min manat məcmu kapitala malik idi. bank of baku vakansiya