BANK

27 Yanvar

Azərbaycanda quraşdırılan bankomatların sayı 2,7% ARTIB

Azərbaycanda banklar tərəfindən 2,715 min ədəd bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 2,7% çoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Yanvarın 1-nə Bakıda quraşdırılan bankomatıarın sayı 2019-cu illə müqaisədə 0,6% ədədə ifadəsində 1,429 min ədəd, bölgələrdə isə 4,9% artaraq  1,286 min ədəd bankomat quraşdırılıb.

2021-ci il yanvarın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 57,12 min ədəd təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 15,3% azdır.

Bununla yanaşı, Bakıdaqurşdırılan  pos-terminalların sayı 8% azalaraq 37,627 min ədəd olub. Rregionlarda 26,6% azalaraq 19,493 min ədəd pos-terminal quraşdırılıb.

Pərakəndə ticarət obyektlərində 55,796 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,7%-i quraşdırılıb.