Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların aylıq həcmi ilk dəfə 3 milyard manat səviyyəsini keçib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin Dekabr ayında debet və kredit kartları vasitəsilə 3 milyard 158 milyon manatlıq əməliyyatlar aparılıb. Dekabrda əməliyyatların həcmi Noyabr ayı ilə müqayisədə 684 milyon manat, ötən ilin dekabr ayı ilə müqayisədə isə 393 milyon manat çox olub.
Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların aylıq həcmi ilk dəfə 2 milyard manat səviyyəsini 2019-cu ilin İyul ayında keçmişdi.
2020-ci ildə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi həcmi 28 milyard 951 milyon manat təşkil edib. 2019-cu illə müqayisədə 2020-ci ildə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi həcmi 5 milyard 710 milyon manat və ya 24,5% artıb.