BANK

27 Yanvar

Xalq Bank-ın qeyri faiz-gəlirləri rekord səviyyədə ARTIB

Pandemiya ili kimi yadda qalan 2020-ci ili Xalq Bank 25 milyon 775 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ili 33 milyon 447 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 111 milyon 288 min manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 103 milyon 447 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 19 milyon 14 min manatdan 27 milyon 507 min manata yüksəlib.

2020-ci ildə Xalq Bankın cəmi gəlirləri (faiz və qeyri-faiz) 653 min manat artaraq 130 milyon 955 min manat, cəmi xərcləri isə (faiz və qeyri-faiz) 836 min manat azalaraq 73 milyon 936 min manat təşkil edib. 

Ötən ilin Bankın əməliyyat mənfəəti 4 milyon 304 min manat artaraq 52 milyon 143 min manat təşkil edib. Qeyri-faiz gəlirləri artması ilə bərabər qeyri-faiz xərclərinin azalması, eyni zamanda faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayırmanın düşməsi (2 milyon 815 min manat azalıb ) hesabına əməliyyat mənfəətində artım baş verib. 

Bankın əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətinin azalması aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaların 3.2 dəfə artaraq 19 milyon 638 min manat təşkil etməsilə əlaqədardır.

31 Dekabr 2020-ci il tarixində Xalq Bank 2 milyard 353 milyon 91 min manat cəmi aktivlərə malik olub, o cümlədən, aktivlərin 1 milyard 475 milyon 123 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonunda Xalq Bank 2 milyard 458 milyon 468 min manat cəmi aktivlərə, 1 milyard 829 milyon 642 min manat kredit portfelinə malik idi.

Ötən il Xalq Bankda depozitlər 124 milyon 443 min manat azalaraq 1 milyard 590 milyon 492 min manata geriləyib.

2020-ci ilin sonunda Xalq Bank 429 milyon 961 min manat məcmu kapitala malik olub. 2019-cu ilin sonunda Bankın məcmu kapitalı 417 milyon 703 min manat təşkil etmişdi.

 
Xalq Bank