BANK

27 Yanvar

Azərbaycanda ölkədaxili nağdsız ödənişlər 26,7% ARTIB

Azərbaycanda ötən il və ötən ilin dekabr ayında POS-terminallar, ATM-lər və elektron ticarət vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi rekord qırıb.

Fins.az verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

Məlumata görə. 2020-ci ildə nağdsız ödənişlərin həcmi elektron ticarət vasitəsilə 3 milyard 670 milyon manat, POS-terminallar vasitəsilə 2 milyard 172 milyon manat, ATM-lər vasitəsilə 269 milyon manat təşkil edib. Bu rəqəmlər indiyədək qeydə alınmış ən yüksək illik nağdsız əməliyyat həcmləridir.

2019-cu ildə nağdsız ödənişlərin həcmi elektron ticarət vasitəsilə 2 milyard 935 milyon manat, POS-terminallar vasitəsilə 1 milyard 333 milyon manat, ATM-lər vasitəsilə 211 milyon manat təşkil etmişdi.

Ötən il nağdsız ödənişlər elektron ticarət vasitəsilə 735 milyon manat, POS-terminallar vasitəsilə 839 milyon manat, ATM-lər vasitəsilə 58 milyon manat artıb.

2020-ci ilin dekabr ayında aylıq əməliyyat həcmləri də rekord qırıb. Dekabrda nağdsız ödənişlərin həcmi elektron ticarət vasitəsilə 399 milyon manat, POS-terminallar  vasitəsilə 268 milyon manat, ATM-lər vasitəsilə 39 milyon manat təşkil edib.

Ötən il ölkə daxilində cəmi nağdsız ödənişlərin həcmi 6 milyard 111 milyon manat təşkil edib.ki, bu da  2019-cu il ilə müqaisədə 1 milyard 632 milyon çoxdur 26,7% çoxdur. 

Müəllif:Aynur Qəniyeva