BANK

27 Yanvar

TuranBank-ın Mərkəzi Bank qarşısında öhdəliyi 13,6% ARTIB

TuranBank-ın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 2020-ci il ərzində  ötən ilin müvafiq dövrü ilə müqaisədə 12,912 min manat yaxud 13,4 % ataraq  95,717000 manat təşkil edib. Eyni zamanda bankın öhdəlikləri ötən ilə nisbətən 56,543 milyon manat yaxud 11,9% artaraq 471,300000 manata bərabər olub

Bu barədə fins.az bankın illik hesabatına istinadən xəbər verir. 

2020-ci il dekabrın 30-na bankın kredit portfeli 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 1,7 % artaraq 351,239 milyon manata  bərabər olub.

Bu dövrün sonuna bankın depozit portfeli 17,75 arataq 280,232 milyon manat təşkil edib.

Hesabat dövründə TuranBank-ın qeyri maddi aktivləri 41 milyon manat faiz ifadəsində 10,4% azalaraq 393 milyon manata çatıb.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri ötən il ilə müqaisədə 0,786 yaxud 0,9% artaraq  79,522 milyon manat təşkil edib.

Bankın qeyri faiz xərcləri 1,915 milyon manat yaxud 11,5% artaraq 16,641 milyon manata çatıb.Hesabat dövründə TuranBankın digər faiz gəlirləri 3 min manat faiz ifadəsində 7,1% azalaraq 4,2 milyon manat təşkil edib.

2020-ci ildə xarici valyuta əməliyyatlarından xalis gəliri  569 milyon manat faiz ifadəsində 158,9% azlaraq 358 min manat təşkil edib.

TuranBankın 2019-cu ildə mənfəət vergisi üzrə heç bir ödəniş etməsə də  2020-ci ildə 211 min manat mənfəət vergisi ödəyib. 

“TuranBank” 2020-ci ildə aktivlərini 12,7% - 551,736 milyon manata qədər artırıb

2020-ci ilin sonuna bankın kapitalı 7,6 % arataq 80,435 milyon manata,nizamnamə kapitalı 7,1% arataraq 75,005 milyon manata bərabər olub.

Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 684 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 1,6 dəfə çoxdur

Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivləri 4,295 min manat faiz ifadəsində 1,2% azalaraq 346,287 manat təşkil edib.

Qeyd edək ki, “TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir

Müəllif:Aynur Qəniyeva