BANK

25 Yanvar

“Premium Bank”ın cəmi aktivləri 1.7% ARTIB

“Premium Bank” ASC 2020-ci ili 3 milyon 964 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu illə müqayisədə 2020-ci ildə Bankın xalis mənfəəti 2,2 dəfə azalıb. “Premium Bank” 2019-cu ili 8 milyon  868 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, illik müqayisədə “Premium Bank”ın faiz gəlirləri 38 milyon 235 min manatdan 34 milyon 770 min manata, qeyri-faiz gəlirləri isə 21 milyon 191  min manatdan 14 milyon 62 min manata geriləyib.   

Ötən il Bankın faiz xərcləri artsa da qeyri-faiz xərcləri azalıb.

Bank böyüyüb

2019-cu illə müqayisədə 2020-ci ildə “Premium Bank”ın cəmi aktivləri 10 milyon 843 min manat və ya 1.7% artaraq 653 milyon 299 min manata yüksəlib. Müştərilərə verilmiş kreditlər isə 2 milyon 530 min manat artaraq 570 milyon 103 min manata çatıb.

Kapitalı artırılıb

Ötən il “Premium Bank”ın səhmdar kapitalı 50 milyon manat artaraq 154 milyon 601 min manata yüksəlib. Bank 31 Dekabr 2020-ci il tarixində 173 milyon 917 min manat məcmu kapitala malik olub.

 
Premium Bank maliyyə vəziyyət
 25.01.2021 12:41