Azərbaycan Respublikasının Mərkəzi Bankı 2021-ci il üzrə İnternatura proqramına qəbul üçün müsabiqə elan edir.
Fins.az xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat yayıb
Məlumata görə, internatura proqramına iş təcrübəsi olmayan, bakalavriatura pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistratura pilləsinin tələbələri aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər: İqtisadiyyat; Maliyyə; Statistika; Sığorta; Risklərin idarə edilməsi; Hüquq; Menecment; Tətbiqi riyaziyyat; Kompüter elmləri və informasiya texnologiyaları; İqtisadi kibernetika.
İnternatura proqramı 01 iyul-10 sentyabr 2021-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt-bölməsinə daxil olaraq tamamlamaq mümkündür.
Qeyd edək ki,son müraciət tarixi 10 fevral 2021-ci ildir.