BANK

23 Yanvar

"S&P" Azərbaycanda builki inflyasiya üzrə proqnozunu endirib

"SP Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda istehlak qiymətləri indeksinin 2,7% artacağını proqnozlaşdırır. Bu, ötən proqnozdan 1 faiz bəndi azdır.

Reytinq agentliyinin məlumatına görə, 2022-ci ildə inflyasiyanın 2,9%, 2023-cü ildə 2,6%, 2024-cü ildə isə 2,7% olacağı güman edilir.

Qeyd edək ki, Azərbaycanda ötən il inflyasiya 2,8% təşkil edib. Mərkəzi Bankın dekabrda yenilənmiş proqnozlarına görə isə ölkədə inflyasiya 2021-ci ildə 3,5%-4% diapazonunda formalaşacaq.