BANK

19 Yanvar

Beynəlxalq Bankda əhalinin əmanətləri 8,6% ARTIB - BANK HESABAT VERDİ

2020-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2020-ci ili  2019-cu il ilə müqaisədə 57,2% az 129 milyon 391,15 min manat məbləğində xalis mənfəətlə başa vurub 

Fins.az xəbər verir ki, bankın aktivləri 2,8% - 8 milyard 962,793 milyon manata qədər azalıb. 

2020-ci ildə bankın kredit portfeli 9,9% - 2 milyard 609,1 milyon manata qədər, istehlak kreditləri 17,9% - 599,93 milyon manata qədər, biznes kreditləri 5,8% - 1 milyard 323,361 milyon manata qədər, daşınmaz əmlak krediti 11,5% - 685,809 milyon manata qədər artıb.

Hesabat ilinin sonuna bankın öhdəlikləri 3,1% azalaraq 7 milyard 636,19 milyon manata  bərabər olub.

2020-ci il dekabrın 31-nə ABB-nin depozitlərinin həcmi 2019-cu il dekabrın 31-nə olan göstərici ilə müqayisədə 1,5% azalaraq 5 milyard 549,577 milyon manat , o cümlədən əhalinin əmanətləri 8,6% artaraq 1 milyard 290,279 milyon manat təşkil edib.

31 dekabr 2020-ci il tarixinə bankın kapitalı 1 milyard 326,602 min manat (azalma 1%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 224,478 milyon manat  təşkil edir.