Bakı, 15 yanvar Fins.az
PAŞA Bank 2020-ci ildə aktivlərini 15,6% artıraraq 5 milyard 513,021 milyon manata çatdırıb.
31 dekabr 2020-ci il tarixinə bankın kredit portfeli 16,5% artaraq 2 milyard 95.034 milyon manatdır.
Hesabat ilinin sonunda bankın borcları 2020-ci il üçün 15,8% artaraq 4 milyard 971,876 milyon manata bərabərdir. Ötən ilin sonunda bankdakı əmanətlər 12% artaraq 4 milyard 14,761 milyon manat olduğu təxmin edilir.
Bankın kapitalı 2020-ci ilin sonunda 13,7% artaraq 541.145 milyon manat , nizamnamə kapitalı 6,5% artaraq 354.512 milyon manat təşkil edib.
PAŞA Bank 2020-ci ildə 2019-cu il ilə müqaisədə 29,5% daha çox, 84,252 milyon manat xalis mənfəətlə başa vurub.