Bakı, 14 yanvar Fins.az
Azərbaycan Mərkəzi Bankı 2019-cu il ərzində kredit təşkilatlarına dividend ödəniş müddətini 1 aprel 2021-ci il tarixinədək uzadıb.
Fins.az xəbər verir ki, 2021-ci il yanvarın 11-də AMB-nin İdarə Heyəti müvafiq qərar qəbul edib.
Bundan başqa, 2020-ci il ərzində kredit təşkilatlarına aralıq dividend ödənişləri həyata keçirməyə icazə verib.
Öncə AMB 2019-cu il ərzində kredit təşkilatlarına dividend ödəniş müddətini 1 yanvar 2021-ci il tarixinədək təxirə salmağı və 2020-ci il üzrə dividend ödənişi həyata keçirilməməyi tövsiyyə etmişdi.