BANK

14 phrase_var_core.january

Rublla bağlı  vacib proqnoz

Bakı, 14 yanvar Fins.az

2021-ci ildəki rubl əsaslı şəkildə möhkəmlənəcək.

Fins.az xəbər verir ki, bu proqnoz Credit Suisse-nin yeni iqtisadi araşdırmasında yer alıb.

"2021-ci ildə rublun əsaslı sağlam səviyyəsinə qayıtmasını gözləyirik. Bizim fikrimizcə, rublun zəifləməsinə müvəqqəti amillər səbəb olub"- deyə bankın mütəxəssisləri hesab edir.

Rublun zəif olmasının səbəbi bir neçə amilin birləşməsi idi. Bunlar arasında - Rusiya hökumətinin bəzi ölkələrlə vergi müqavilələrini yenidən nəzərdən keçirmək niyyəti, habelə pul təklifindəki kəskin artım kimi amillər var. 

Müəllif: Aynur Qəniyeva