Bakı, 13 yanvar Fins.az
Azərbaycanda kredit qoyuluşları 2020-ci il ərzində 14 681,3 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə, ötən ilə nisbətən 97,1% olub ki, bunun da 922,9 milyonunu problemli kreditlərdir.
Komitənin məlumatında həmçinin qeyd olunur ki, problemli kreditlərin həcmi 65,4% olub.
Qeyd edək ki, 2019-cu ildə kredit qoyuluşlarında problemli kreditlərin həcmi 83,5% təşkil edib.
Müəllif: Aynur Qəniyeva