“AccessBank” 2020-ci ilin ilk nağd kredit kampaniyasına start verir. Kampaniyanın şərtinə əsasən, müştərilər yeni verilmiş kredit üzrə 12 ay ərzində ödənişi gecikməsiz etdikləri halda, kreditin növbəti ilində Bank tərəfindən 1% endirim qazanacaqlar.
Məsələn, müştəri 20% ilə 24 aylıq kredit götürərsə, ilk 12 ay ərzində ödənişləri yubatmadan ödədikdə, 13-cü ayın ilk günündən etibarən illik faiz dərəcəsi 19%-ə endiriləcək. Əsas məqam isə budur ki, müştəri endirimi Banka yaxınlaşmadan, avtomatik əldə edəcək.
Kampaniyadan yararlanmaq üçün “AccessBank”ın yaxınlıqdakı filialına müraciət edə bilərsiniz. Ətraflı məlumat üçün 151 Əlaqə mərkəzi xidmətinizdədir.