BANK

11 Yanvar

Yeni 1, 5 və 50 manatlıq tədavülə buraxılır - MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Bakı, 11 yanvar Fins.az

Azərbaycan Mərkəzi Bankının  (AMB) İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib. 

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları 20 oktyabr 2020-ci il tarixdə məlumatlandırılmış və müvafiq pul nişanları ilə təmin edilib. 

Qeyd olunur ki, hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaq


Müəllif: Aynur Qəniyeva