Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xalis xarici aktivləri 2020-ci il noyabr ayının 1-nə 3321,5 milyon manat təşkil edib Bu, oktyabr ayının 1 ilə müqayisədə 270,3 milyon manat azdır.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, xalis xarici aktivlərin azalması əsasən bankların xarici öhdəliklərinin azalması ilə bağlıdır.
Noyabrın əvvəlində bankların məcmu xarici öhdəlikləri 4769,7 milyon manat təşkil edib ki, bu da ötən ayla müqaisədə 326,7 milyon manat azdır.
Müəllif:Aynur Qəniyeva