BANK

25 Noyabr

Naxçıvanda verilən kreditlərin həcmi  40% ARTIB

Bakı, 24 noyabr Fins.az 

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 153,8 mln. manata yaxın kredit verilib ki, bu da bir il öncəki göstəricidən 40% çoxdur.

Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, kreditlərin 16,2 mln. manatdan çoxu və yaxud 10,5%-i qısamüddətli, 137,58 mln. manatdan çoxu və yaxud 89,5%-i isə uzunmüddətli kreditlər olub.